“Borussiya”dan qapıçısına yeni müqavilə təklifi
Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobel klubu ilə yeni müqavilə imzalayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı qolkiperlə yeni müqavilə 2028-ci ilə kimi nəzərdə tutulub.
İsveçrəli futbolçunun hazırkı müqaviləsi 2026-cı ildə başa çatır.
Kobel 2021-ci ilin yayından “Borussiya”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 9 oyun keçirib, 9 qol buraxıb və üç dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin