
ÇL: “Borussiya” qələbəyə layiq idi”
“Nyukasl”ın qapıçısı Nik Pope Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Borussiya”ya (Dortmund) məğlubiyyətdən (0:2) danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ingilis qolkiper ilk qolun əsas məqam olduğunu bildirib:
“Biz məyusuq. “Borussiya” qələbəyə layiq idi. Fikrimcə, ilk qol bu oyunda əsas məqam oldu. Onlar üstünlüyü əldə etdilər və bundan tam yararlandılar”.
“Nyukasl” 4 turdan sonra 4 xalla turnir cədvəlində sonuncudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin