“Borussiya” PSJ-nin futbolçusu ilə anlaşdı

PSJ-nin müdafiəçisi Tomas Munye karyerasını Almaniyada davam etdirəcək.

Komanda.az “Bild”ə istinadən xəbər verir ki, “Borussiya” (Dortmund) 28 yaşlı futbolçunun xidmətində maraqlıdır. Dortmund klubunun futbolçuyla razılığa gəldiyi də bildirilir. Anlaşmaya görə, tərəflər 4 illik müqaviləyə imza atacaq.

PSJ müqaviləsi iyunun sonunda bitəcək futbolçuya yeni müqavilə təklif etsə də, Munye bundan imtina edib. Onun azad agent olaraq “Borussiya”ya qoşulacağı bildirilir.

Belçikalı futbolçu, “Tottenhem”, “Arsenal”, “Napoli” və “Valensiya”nın da maraq dairəsində idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button