“Borussiya” Hummelslə yollarını ayırdı – Rəsmi
Mats Hummels “Borussiya”dan azad agent kimi ayrılmaq qərarına gəlib.
Komanda.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.
Hummelsin Səudiyyə Ərəbistanından təklif alması barədə məlumatlar var idi. Lakin o özü bu variantın qəti əleyhinədir. Futbolçu Avropada oynamaq niyyətindədir. Belə ki, almaniyalı müdafiəçi ilə “Roma”nın maraqlandığı bildirilir.
2019-cu ildə “Borussiya”ya qayıdan Hummels 2009-2016-cı illərdə də bu komandanın uğurları üçün çalışıb. O, Dortmund klubunda 2010/2011 və 2011/2012 mövsümündə Almaniya Bundesliqasının qalibi olub.
Hummels ötən mövsüm 40 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin