“Borussiya” “Çelsi”nin futbolçusunun icarə müddətini uzatmaq istəyir

“Çelsi”nin yarımmüdafiəçisi Karni Çukvuemeka karyerasını Dortmund “Borussiya”sında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Talksport” məlumat yayıb.

“Borussiya”nın rəhbərliyi 21 yaşlı futbolçunun icarə müqaviləsinin müddətini uzatmaq niyyətindədir. Ancaq onun tam transfer məbləği 46 milyon avro təşkil etdiyi üçün klub onunla daimi müqavilə imzalamaqda çətinlik çəkir.

Çukvuemeka son mövsümdə Bundesliqada 10 oyuna çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button