“Borussiya” 4 klubun hədəfindəki futbolçunun qiymətini açıqlayıb

“Tottenhem”, “Liverpul”, “Arsenal” və “Çelsi” Dortmund “Borussiya”sının hücumçusu Ceymi Bayno-Gittenslə maraqlanır.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Almaniya təmsilçisi ingilis futbolçu ilə maraqlanan klublara onu 100 milyon avrodan aşağı qiymətə satmayacağını açıqlayıb.

Bayno-Gittens bu mövsüm bütün yarışlarda 12 matçda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button