“Borussiya” danışıq aparır – “Çelsi”nin almaq istədiyi futbolçu ilə
“Borussiya” (Dortmund) hücumçusu Yussufa Mukoko ilə müqaviləni yeniləyə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Kamerun əsilli almaniyalı futbolçunun agenti Patrik Uilyams müqavilənin uzadılması üçün danışıqların aparıldığını açıqlayıb.
O, hazırda müqavilənin imzalanması üçün razılaşmanın əldə edilmədiyini vurğulayıb:
“Təsdiq edə bilərəm ki, biz hazırda “Borussiya” ilə yeni müqavilə imzalamaq üçün razılaşma əldə etməmişik”.
Öncədən İngiltərə təmsilçisi “Çelsi”nin qışda futbolçunu almağa hazır olduğu bildirilirdi.
Mukoko bu mövsüm bütün turnirlər daxil olmaqla 22 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun Bundesliqa klubu ilə hazırkı müqaviləsi 2023-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin