“Borussiya” Roysla vidalaşır – Rəsmi
Dortmund “Borussiya”sı futbolçusu Marko Roysla müqaviləni yeniləməmək qərarına gəldiyini açıqlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi cari mövsümün sonunda “Borussiya”nı tərk edəcək.
Marko Roys 2012-ci ilin yayından “Borussiya”da çıxış edir. O komanda ilə ümumilikdə 424 rəsmi oyun keçirib, 168 qol vurub və 128 məhsuldar ötürmə verib.
Bu ay Roysun 35 yaşı tamam olacaq.
“Borussiya” mayın 1-də Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda öz meydanında PSJ-ni məğlub edib (1:0).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin