“Borussiya” “Mançester Yunayted”dən şikayət edəcək

“Borussiya” (Dortmund) klubu “Mançester Yunayted”dən FİFA-ya şikayət edəcək.

Komanda.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Dotmund təmsilçisi “Mançester Yunayted”i futbolçusu Ceydon Sanço ilə icazəsiz danışıqlar apardığı üçün FİFA-ya şikayət edəcək.

“Qırmızı şeytanlar”ın rəhbərliyinin ingilis futbolçuyla telefon danışıqları apardığı və onun meneceriylə Dortmund şəhərində görüş keçirdiyi bildirilib.

İngiltərə mətbuatı bir müddət əvvəl Sançonun “Mançester Yunayted”ə transfer olacağını iddia edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button