“Borussiya” Mahmudu itirdi

Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Mahmud Dahud zədələnib.

Bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb. Dizindən ağır zədə alan futbolçunun bu mövsüm meydana çıxmayacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, “Borussiya”nın daha bir aparıcı futbolçusu – hücumçu Erlinq Haland da “Bavariya” ilə oyunda (0:1) aldığı zədəyə görə 29-cu turda “Paderborn”la görüşdə forma geyinməyəcək. Lakin Halandan fərqli olaraq, Mahmudun harada zədələndiyi barədə məlumat verilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button