“Borussiya” məşhur şirkətlə sponsorluq müqaviləsi imzalayıb

“Borussiya” (Dortmund) klubu “Vodafone” ilə əməkdaşlığa başladığını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən böyük mobil operatorlarından biri ilə Almaniya klubu arasında 5 illik müqavilə imzalanıb. Britaniya şirkəti “Borussiya”nın baş sponsoru olacaq.

Qara “Vodafone” loqosu 2025/26 mövsümündən etibarən Dortmund komandasının köynəklərinin ön hissəsində görünəcək.

“Vodafone” bundan əvvəl “Mançester Yunayted”in və Çempionlar Liqasının sponsoru olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button