Əvvəl qardaşı, sonra özü
Almaniyanın “Verder” klubu futbolçusu Maksimilian Eqqeştaynın müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi 22 yaşlı yarımmüdafiəçiylə yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Eqqeştaynla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Eqqeştaynla Dortmund “Borussiya”sı yaxından maraqlanırdı.
Yarımmüdafiəçi Almaniyanın U-21 millisinin də formasını geyinib.
“Verder” bir neçə gün əvvəl Maksimilian Eqqeştaynın qardaşı Yohannesin də müqaviləsinin müddətini artırmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin