“Bayern” kuboku darmadağınla tərk etdi

Futbol üzrə Almaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Qeydə alınan nəticələrdən sonra “Leyptsiq”, “Hoffenhaym”, “Münhen 1860”, “Herta”, “Borussiya” (Dortmund), “Maynts” və “Frayburq” komandaları 1/8 finala vəsiqəni təmin edib.

Sonuncu oyun günündə “Bayern”in Mönhenqladbax “Borussiya”sına böyük hesabla uduzması gözlənilməz olub. Beləcə, Münhen təmsilçisi kubokla vidalaşıb. Mönhenqladbax “Borussiya”sı ilə yanaşı, “Karlsrue”, “Bohum”, “Union Berlin”, “Sankt Pauli”, “Hannover”, “Hanza” (Rostok) və “Köln” komandaları 1/8 finalda oynamaq hüququ qazanıb.

Almaniya kuboku
1/16 final


26 oktyabr

Babelsberq – Leyptsiq 0:1
Hoffenhaym – Holştayn 5:1
Münhen 1860 – Şalke 1:0
Proyssen Münster – Herta 1:3
Borussiya (Dortmund) – İnqolştadt 2:0
Maynts – Arminiya 3:2
Nürnberq – Hamburq 1:1 (
penaltilər 2:4)
Osnabryuk – Frayburq – 2:2 (penaltilər 2:3)

27 oktyabr

Bayer – Karlsrue 1:2
Bohum – Auqsburq 2:2 (
penaltilər 5:4)
Manheym – Union Berlin 1:3
Dinamo (Drezden) – Sankt Pauli 2:3
Borussiya (Mönhenqladbax) – Bayern 5:0
Hannover – Fortuna 3:0
Regensburq – Hanza (Rostok) 3:3 (
penaltilər 2:4)
Ştutqart – Köln 0:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button