“Bavariya” 3 xalı 6 qolla qazandı
Almaniya Bundesliqasında 26-cı tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun oyunları 3 günü əhatə edəcək. Açılış oyununda “Borussiya” (Münhenqladbax) “Frayburq”u qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xala razılaşıblar.
Şənbə günü beş oyun baş tutub. “Ştutqart” – “Hoffenhaym” matçında qalib müəyyənləşməyib. “Auqsburq” “Hannover”i, “Volfsburq” “Fortuna”nı məğlub yola salıb. “Şalke” evdə “Leyptsiq”ə minimal hesabla uduzub. Səfərdə “Herta” ilə üz-üzə gələn Dortmund “Borussiya”sı bu oyundan çətin qələbə ilə ayrılıb.
Son gündə 3 görüş baş tutub. Dörd qolun qeydə alındığı “Bayer” – “Verder” matçı qonaqların qələbəsiylə başa çatıb.
“Ayntraxt” doğma meydanda “Nürnberq”i minimal hesabla üstələyib. Lider “Bavariya” isə “Maynts”ı 6 cavabsız qolla məğlub edib.
Almaniya Bundesliqası, 26-cı tur
15 mart
Borussiya M – Frayburq 1:1
Qol: Plea, 16 – Qrifo, 10.
16 mart
Auqsburq – Hannover 3:1
Qol: Kordova, 65. Şmid, 78. A.Han, 86 – Veydandt, 8.
Şalke – Leyptsiq 0:1
Qol: Verner, 14.
Ştutqart – Hoffenhaym 1:1
Qol: Zuber, 66 – Kramariç, 42.
Volfsburq – Fortuna 5:2
Qol: A.Mehmedi, 34. Veqorst, 54; 59; 88. Knoxe, 57 – K.Ayhan, 30. Raman, 65.
Herta – Borussiya D 2:3
Qol: Kalu, 4; 35-pen – Dileyni, 14. Zaqadu, 47. Roys, 90.
17 mart
Bayer – Verder 1:3
Qol: Beyli, 75 – Krus, 13; 90. Raşiça, 37.
Ayntraxt – Nürnberq 1:0
Qol: Hinteregger, 31.
Bavariya – Maynts 6:0
Qol: Levandovski, 3. X.Rodriqes, 33; 51; 55. Koman, 39. Deyvis, 70.
Bombardir: Robert Levandovski (Bavariya) – 18 qol.
Bizi Facebook-da izləyin