“Borussiya” gözünü millinin baş məşqçisinə dikib
Dortmund “Borussiya”sı Yulian Naqelsmannı komandanın gələcək baş məşqçisi kimi nəzərdən keçirir.
Komanda.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.
Məlumatda bildirilir ki, “Borussiya” rəhbərliyi yeni, universal məşqçi axtarışındadır. Xəbərdə qeyd olunub ki, Naqelsmannın adı Dortmund təmsilçisində israrla hallanır. “Borussiya” rəhbərliyi Almaniya millisi ilə müqaviləsi AÇ-2024-ün sonunda başa çatacaq 36 yaşlı mütəxəssisi komandaya dəvət etmək imkanını araşdırır.
“Borussiya” Bundesliqanın turnir cədvəlində dördüncü yerdədir. Komanda 23 oyunda 41 xal toplayıb. Lider Leverkuzen “Bayer”idir (61 xal).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin