Ərəblərdən “Borussiya”nın hücumçusuna 3 illik müqavilə təklifi

“Borussiya”nın (Dortmund) hücumçusu Seru Qirassi karyerasını Avropadan kənarda davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının adı açıqlanmayan bir klubu 29 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. Forvarda ildə 20 milyon avro maaşla 3 illik müqavilə təklif olunub.

Qirassi “Borussiya”da 65 oyunda 45 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button