“Borussiya” qvineyalı bombardirlə anlaşıb

Qvineyalı hücumçu Seru Qirassi “Ştutqart”dan Dortmund “Borussiya”sına keçməyə yaxındır.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, Dortmund klubu 28 yaşlı futbolçu ilə 4 illik müqaviləyə razılaşıb. “Borussiya” qvineyalı forvard üçün sərbəstqalma şərtini 18 milyon avroya aktivləşdirib.

Qirassi Almaniya çempionatının son mövsümündə 28 qol vurub. O, bombardirlər siyahısında yalnız “Bayern”in futbolçusu Harri Keyndən (36 qol) geri qalıb.

Dortmund “Borussiya”sı Bundesliqanın ötən mövsümündə 5-ci yeri tutaraq, Çempionlar Liqasına vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button