“Borussiya” Brandtla bağlı qərar verib

Yulian Brandt cari mövsümün sonunda Dortmund “Borussiya”sını tərk edə bilər.

Komanda.az “Sportbild”-ə istinadən xəbər verir ki, Almaniyanın top-klubunun rəhbərliyi komandanın aparıcı oyunçularından birinin transferinə icazə verib.

Brandt Leverkuzen “Bayer”inin yetirməsidir. O, 2019-cu ildən Dortmund komandasının rənglərini qoruyur. Onun klibla müqaviləsi 2026-cı ilin ortalarına qədərdir və bazar dəyəri 40 milyon avro qiymətləndirilir.

28 yaşlı yarımmüdafiəçi cari mövsümdə “Borussiya”nın heyətində 13 matçda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button