“Borussiya” “Bayern”in hədəfindəki futbolçuya qiymət qoyub
Dortmund “Borussiya”sı yarımmüdafiəçisi Cimi Bayno-Gittensin satışından yaxşı pul qazanmağa ümid edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” ingiltərəli futbolçunun çıxışına heyran qalıb və gələn yay onu almaq imkanını nəzərdən keçirir.
20 yaşlı yarımmüdafiəçinin özü ayrılmaq niyyətini bildirsə, “Borussiya” rəhbərliyi onun üçün təxminən 100 milyon avro istəyəcək. Perspektivli futbolçu üçün hələ ki, heç bir təklif olmayıb.
Bayno-Gittens cari mövsümdə “Borussiya”nın heyətində 23 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin