“Borussiya” “Bayern”in futbolçusu ilə razılığa gəldi
Almaniyanın “Bayern” klubu bu mövsümün sonunda müdafiəçisi Niklas Süle ilə yollarını ayıracaq.
Komanda.az xəbər verir ki, Almaniya yığmasının da üzvü olan 26 yaşlı futbolçu karyerasını Dortmund “Borussiya”sında davam etdirəcək.
Bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə “Bayern”lə müqaviləsi bu mövsümün sonunda bitəcək futbolçunun yeni mövsümdən “Borussiya”da davam etdirəcəyi diqqətə çatdırılıb. Tərəflər 1 illik müqavilə ilə bağlı razılığa gəliblər.
Niklas Süle 2017-ci ildə 20 milyon avro qarşılığında “Hoffenhaym”dan “Bayern”ə transfer olunub. O, bu mövsüm Münhen təmsilçisində 26 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin