
Almaniya klubu baş məşqçi axtarır
Dortmund “Borussiya”sı yeni baş məşqçi axtarışlarını davam etdirir.
Niko Kovaç vakant yerə əsas namizəd hesab edilir, ancaq “Borussiya”nın başqa variantları da var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu Urs Fişeri təyin etmək imkanını nəzərdən keçirir. “Berlin Union”un sabiq çalışdırıcısı mövsümün sonuna qədər müqavilə imzalamağa hazırdır.
Fişer 2018-ci ilin yayından 2023-cü ilin noyabrına qədər “Berlin Union”da çalışıb. O, həmin vaxtdan işsizdir.
“Borussiya” bu yaxınlarda UEFA Çempionlar Liqası matçında “Bolonya”ya məğlub olub (1:2). Oyun başa çatdıqdan az sonra Nuri Şahin Dortmund klubunun baş məşqçi vəzifəsindən uzaqlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin