
Klopp “Borussiya” azarkeşlərindən üzr istədi
“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp Dortmund “Borussiya”sına hücumçu Sadio Maneni transfer etməkdən imtina etdiyinə görə peşman olduğunu bildirib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “Borussiya” azarkeşlərindən üzr istəməli olduğunu söyləyib:
“Borussiya” azarkeşlərindən üzr istəməliyəm, çünki Sadio Maneni komandaya transfer etməmişəm. Onun istedadını yalnız “Liverpul”da onunla işləyərkən qiymətləndirə bildim”.
Klopp 2008-2015-ci illərdə “arılar”a başçılıq edib, bundan sonra Mane ilə yolları “Liverpul”da kəsişib.
Mane hazırda Kriştiano Ronaldo ilə birlikdə “Əl-Nəsr”də çıxış edir. Seneqallı futbolçu bu mövsüm 34 oyun keçirib, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin