“Borussiya” 10 milyon avroluq transferi yekunlaşdırmaq üzrədir

Dortmund “Borussiya”sı İngiltərə Premyer Liqasından yarımmüdafiəçinin transferinə tədricən yaxınlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu Paskal Qrossun alınması ilə bağlı “Brayton”la danışıqların son mərhələsindədir.

Almaniyalı futbolçu uzun müddətdir “Borussiya”nın “radar”ında olsa da, ingilslərlə danışıqlar alınmırdı. Tərəflər hazırda müqaviləni həftənin sonuna qədər bağlamağa ümid edir.

Bu transfer “Borussiya”ya 10 milyon avroya başa gələcək.

Qross İngiltərə Premyer Liqasının son mövsümündə 4 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button