“Yuventus”un futbolçusu Premyer Liqa klubuna keçə bilər

“Yuventus”un cinah oyunçusu Samuel Mbanqula karyerasını Premyer Liqada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bornmut” belçikalı futbolçu ilə maraqlanır.

Mbanqulanın daha əvvəl “Nottingem Forest”ə keçə biləcəyi bildirilib, lakin transfer baş tutmayıb.

21 yaşlı futbolçu 2024/25 mövsümündə A Seriyasında 23 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button