
Borisov milliyə 16 futzalçı dəvət etdi
Azərbaycanın futzal millisi təlim-məşq toplanışına start verib.
Komanda.az xəbər verir ki, yığma AÇ-2026-nın əsas mərhələsində Yunanıstana qarşı keçirəcəyi oyuna hazırlaşır.
Bu məqsədlə Vitali Borisovun rəhbərlik etdiyi komanda martın 8-dək Bakıda hazırlıq keçəcək. Toplanış üçün 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərilib.
Milli komanda Yunanıstanla martın 11-də Afinada qarşılaşacaq. Görüş saat 21:00-da start götürəcək.
№ | Ad, soyad | Klub |
1 | Emin Kürdov | Araz-Naxçıvan |
2 | Rövşən Hüseynli | Astana (Qazaxıstan) |
3 | Novruz Kazıxanov | Araz-Naxçıvan |
4 | Emil Həsənzadə | Neftçi İK |
5 | Xəzər Ağalızadə | Araz-Naxçıvan |
6 | Tofiq Mikayılov | Baku Fire |
7 | Kənan Manafov | Baku Fire |
8 | Oktay Rüstəmli | Baku Fire |
9 | Nihad İsmayılov | Baku Fire |
10 | Fərid Atakişiyev | Neftçi İK |
11 | Ülvi Əliyev | Araz-Naxçıvan |
12 | Eldar Zeynalov | Neftçi İK |
13 | Seymur Məmmədov | Klubsuz |
14 | Nurlan Mehdizadə | Baku Fire |
15 | Kamran Hacıyev | Baku Fire |
16 | Murad Quluzadə | Baku Fire |
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin