Boris Consonun sözçüsünə cavab verdi – Klopp
Mayın 14-də keçirilən İngiltərə kubokunun finalında “Liverpul” azarkeşləri Böyük Britaniyanın dövlət himnini fitə basıblar.
Komanda.az xəbər verir ki, matçdan sonra İngiltərənin baş naziri Boris Consonun sözçüsü Lindsay Hoyl himni fitə basan azarkeşləri tənqid edib. Lakin “Liverpul”un baş məşqçisi Yurgen Klopp fanatların tərəfini saxlayıb:
“Əlbəttə, məsələ ilə bağlı mənim öz fikrim var. Amma belə situasiyada “niyə bu cür hadisə baş verir” sualı aktual olmalıdır. Mən öz azarkeşlərimizi çax yaxşı tanıyıram, bilirəm ki, heç bir səbəb olmadan belə hərəkət etməzlər.
Amma mən əsl səbəbi dəqiq bilmirəm. Çünki bunun üçün uzun illər İngiltərədə yaşamaq lazımdır. Məncə, nəsə tarixi bir səbəb var. Siz jurnalistlər bunu daha yaxşı bilərsiz”.
“Liverpul” azarkeşləri 1980-ci illərdən bəri 97 nəfərin ölümü ilə nəticələnən Hillsboro faciəsindən sonra Marqaret Tetçerin Mühafizəkarlar Partiyasına etiraz olaraq Britaniya himnini fitə basırlar.
Bizi Facebook-da izləyin