“Bordo”nun texniki məğlubiyyət qərarı qüvvədə qaldı
Fransa Olimpiya İdman Komitəsi (CNOSF) Peşəkar Futbol Liqasının (PFL) İntizam Komitəsinin “Bordo”ya texniki məğlubiyyət verilməsi ilə bağlı qərarını qüvvədə saxlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, onlar məsələni araşdırmaq üçün bütün güclərini sərf edəcəklərini bildiriblər:
“Klub verilən qərarı qəbul edir, lakin ədalətsiz cəzaya görə təəssüflənir. Buna rəğmən, “Bordo” irəliləməyə davam edəcək. 2 iyun hadisələrini araşdırmaq və mətbuatda işıqlandırmaq üçün bütün gücünü sərf edəcək. Eyni zamanda, biz yeni mövsüm üçün hazırlıqlara da start verəcəyik”.
İyunun 2-də baş tutan, Liqa 1-ə vəsiqə qazanmaq uğrunda “Rodez”lə matçda “Bordo”nun azarkeşi rəqibin futbolçunu vurub. Nəticədə, matç yarımçıq qalıb.
PFL “Bordo”nun texniki məğlubiyyət alması haqda qərar verib. Onlar 2023/24 mövsümündə iki qarşılaşmanı azarkeşsiz keçirəcəklər.
2022/23 mövsümünün yekununa görə, “Bordo” Liqa 2-ni üçüncü pillədə başa vurub. Onlar Liqa 1-ə vəsiqəni təmin edən “Metz”dən 3 xal geri qalıblar.
Bizi Facebook-da izləyin