Fransanın köklü klubu aşağı liqaya “sürgün ediləcək”

“Bordo” klubu maliyyə problemlərinə görə Fransanın üçüncü divizionuna düşə bilər.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Fransanın keçmiş çempionları indi 2-ci liqada mübarizəni davam etdirmək üçün kifayət qədər vəsaitə malik olduqlarına dair futbol federasiyasına zəmanət verməlidirlər. Əks halda, klub hətta 4-cü və ya 5-ci diviziona düşmək təhlükəsi ilə üzləşəcək.

1881-ci ildə yaradılan Bordo şəhərinin eyniadlı klubu 2022/23 mövsümündən Fransanın 2-ci liqasında çıxış edir.

“Bordo” ötən mövsümdə Liqa 2-ni 38 oyundan sonra 50 xalla 12-ci yerdə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button