
Bordin C Seriyasının daha bir klubunun hədəfində
Son olaraq “Neftçi”ni çalışdıran Roberto Bordinin İtaliyanın C Seriyasında mübarizə aparan “Sambenedettese” komandasına rəhbərlik edə biləcəyini xəbər vermişdik.
Komanda.az “tuttoc.com”a istinadən xəbər verir ki, C Seriyasının daha bir klubu mütəxəssisin xidmətində maraqlıdır. “İmolese” Canluka Atsorinin komandadan ayrılmasından sonra boş qalan baş məşqçi postuna Bordini gətirməyi hədəfləyir.
Bordin 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına qədər “Neftçi”də baş məşqçilik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin