“Onun “Arsenal”a getməsi ayıbdır”

İtaliya millisinin sabiq müdafiəçisi Leonardo Bonuççi Rikkardo Kalafiorinin İngiltərəyə getməsi ilə bağlı məyusdur.

Komanda.az xəbər verir ki, 37 yaşlı Bonuçci “Sky Sport”-a açıqlamasında bunları deyib:

“Onun “Arsenal”a getməsi ayıbdır. Mən onu “Yuventus”da görmək istəyirdim”.

“Arsenal” 22 yaşlı müdafiəçinin transferini “Bolonya” ilə razılaşdırıb. Transferin dəyəri 50 milyon avro qiymətləndirilir.

“Yuventus” Kalafiori üçün əsas namizəd hesab edilsə də, “Bolonya”nın istəyini təmin edə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button