Bonuççi milli komandada məşqçiliyə başladı

İtaliya milli komandasının sabiq müdafiəçisi Leonardo Bonuççi məşqçiliyə başlayıb.

Komanda.az xəbər verir ki, 37 yaşlı veteran futbolçu İtaliyanın U-20 milli komandasında çalışacaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Bonuççi U-20-nin baş məşqçisi Bernardo Korradinin köməkçisi vəzifəsini icra edəcək.

Bonuççi bu ilin yayında karyerasını bitirib. Son olaraq Türkiyə təmsilçisi “Fənərbaxça”nın formasını geyinən Bonuççi, “İnter”, “Yuventus”, “Milan” və “Cenoa” kimi klubların şərəfini qoruyub. O, İtaliya millisinin heyətində 121 oyunda 8 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button