Həyat yoldaşı açıqladı – Bonuççi məşqçi olacaq

“Yuventus”un və İtaliya yığmasının müdafiəçisi Leonardo Bonuççi peşəkar karyerasını başa vurduqdan sonra məşqçiliyə başlaya bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bunu futbolçunun xanımı Martina Makkari deyib. O, həyat yoldaşının futboldan uzaqlaşmayacağını söyləyib:

“Leonardonun futbolda qalacağına şübhəm yoxdur. Bu, onun həyatıdır. O, futbol sahəsini sevir və məşqçi olmaq istəyir”.

Bonuççi 2005-ci ildə “İnter”də debüt edib, iki il sonra klubdan ayrılıb. Milan klubundan sonra o, “Treviso”, “Pisa” və “Bari” klublarında oynayıb.

2010-cu ildən İtaliya millisinə çağırılan futbolçunun “Yuventus”la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button