Bonuççi “Fənərbaxça”ya keçə bilər

“Union Berlin”dən ayrılmaq istəyən Leonardo Bonuççi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçinin xidmətində “Fənərbaxça” maraqlıdır. İstanbul təmsilçisi italiyalı futbolçu ilə danışıqlara start verəcək.

Bonuççi 2023-cü ilin yayında “Yuventus”la müqaviləsi bitdikdən sonra azad agent statusu ilə “Union Berlin”ə keçib. O, Bundesliqa təmsilçisinin heyətində 10 matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button