Bonuççi İtaliya klubu ilə danışıqlara başlayıb

İtaliyalı müdafiəçi Leonardo Bonuççi “Union”dan ayrılmağa yaxındır.

Komanda.az “Get Italian Football News”-a istinadən xəbər verir ki, futbolçu A Seriyasına qayıtmaq istəyir. O, “Roma” ilə mümkün əməkdaşlıq barədə danışıqlara başlayıb. Dialoq uğurlu olarsa, sövdələşmə qış transfer pəncərəsində yekunlaşacaq.

36 yaşlı müdafiəçi bu mövsüm Almaniya Bundesliqasında 9 oyun keçirib, 1 qol vurub. Onun “Union”la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button