Bonuççi almanlardan vaxt istəyib
“Yuventus”dan ayrılan müdafiəçi Leonardo Bonuççi karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Union” (Berlin) 36 yaşlı futbolçu ilə yaxından maraqlanır. Bonuççi isə düşünmək üçün Bundesliqa klubundan bir neçə gün vaxt istəyib.
Bonuççi 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 26 oyuna çıxıb, iki qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin