Bonuççi 6 aylıq cəzalandırıla bilər
“Union” (Berlin) klubunun müdafiəçisi Leonardo Bonuççi “Yuventus”un yarımmüdafiəçisi Nikolo Faqiolinin mərc oynadığını bildiyi üçün cəzalandırıla bilər.
Komanda.az “La Repubblica”-ya istinadən xəbər verir ki, polis Faqiolinin telefonunu yoxladıqdan sonra Bonuççinin 22 yaşlı italyan futbolçunun mərc oyunundan xəbərdar olduğunu aşkar edib. İtaliya qanunlarına görə, oyunçular bu cür məlumatı Federal Prokurorluğa bildirməlidirlər. Ancaq Bonuççi bunu etməyib. İndi “Union”un oyunçusu altı aylıq diskvalifikasiya ilə üzləşə bilər.
Oktyabrın 11-də məlum olub ki, Faqioli qanunsuz platformalarda mərc oynadığı üçün istintaq altındadır. “Yuventus”un yarımmüdafiəçisi daha sonra mərc oynadığını etiraf edib. Lakin italiyalı futbolçunun sözlərinə görə, o, heç vaxt çıxış etdiyi klubların matçlarına mərc etməyib.
Bizi Facebook-da izləyin