Bombardir təltif edildi – FOTO
Futbol üzrə Azərbaycan 1-ci divizionunda mövsümün son oyunun ardınca keçirilən mükafatlandırma mərasimində turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub.
Komanda.az xəbər verir ki, yarışı 4-cü pillədə başa vurmuş “Zaqatala”nın hücumçusu Cavad Kazımov sonuncu turda “Keşlə-2” ilə görüşdə het-trik edərək çempion MOİK-in hücumçusu Raul Yaqubzadəni 1 qol qabaqlayıb və 23 qolla 2018/19 mövsümünün ən sərrast futbolçusu seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin