“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” – Sekidika

“Sabah”ın futbolçusu Jesse Sekidika UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, nigeriyalı hücumçu səfər oyunundan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Levski”ni çox yaxşı təhlil etmişik. Bu görüşün iştirakçısı ola biləcəyim üçün şadam. Belə komandalarla oyunlarda gözəl atmosfer olur. Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik”.

“Levski” – “Sabah” matçı avqustun 7-də, Bakı vaxtı ilə saat 22:00-da Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button