Bolqarıstan çempionatı da davam etdiriləcək

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Bolqarıstan çempionatının 2019/20 mövsümünün aqibətinə rəsmən aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, sözügedən ölkədə çempionatın bərpasına qərar verilib.

Bolqarıstanın gənclər və idman naziri Krasen Kralevin yerli mətbuata verdiyi məlumata görə, ölkə çempionatı iyun ayından etibarən davam etdiriləcək. Onun sözlərinə görə, oyunlar ya iyunun 5-dən, ya da 12-dən etibarən bərpa olunacaq. Lakin mövsümün qalan matçları azarkeşsiz keçiriləcək.

Xatırladaq ki, Bolqarıstan çempionatında mövsümün 24 turu geridə qalıb. Lider “Ludoqorets” bir oyun az keçirməsinə baxmayaraq, əsas rəqibləri “Lokomotiv” (Plovdiv), “Levski” (Sofiya) və ÇSKA-nı (Sofiya) 9 xal qabaqlayır. Bolqarıstanda çempionat martın 13-dən dayandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button