“Bayern”in keçmiş hücumçusu “Milan”a keçmək istəyir

“Bolonya”nın hücumçusu Coşua Zirkze karyerasını harada davam etdirəcəyinə qərar verib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, “Bayern”in sabiq futbolçusu A Seriyasında qalaraq “Milan”a keçmək niyyətindədir.

Zirkzenin xidmətində daha üç klub maraqlıdır. Niderlandlı futbolçu üçün İtaliya A Seriyasından “Yuventus”, İngiltərə Premyer Liqasından isə “Arsenal” və “Mançester Yunayted” klubları mübarizə aparır. Buna baxmayaraq, o özü “Milan”a keçməyə üstünlük verir.

Zirkze bu mövsüm İtaliya çempionatında 28 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button