“Bolonya”da yeni baş məşqçi
“Bolonya”nın baş direktoru Klaudio Fenuççi italiyalı mütəxəssis Tyaqo Mottanın komandaya rəhbərlik edəcəyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş direktor, müqavilənin rəsmi tərəflərini müəyyənləşdirdiklərini deyib:
“Bazar ertəsindən etibarən Tyaqo Motta əsas komandanın baş məşqçisi olacaq. Biz müqavilənin yekun tərəflərini müəyyənləşdiririk, amma indi onlara rəsmi status verə bilərəm”.
Hazırda A Seriyasında 5 turdan sonra “Bolonya” 16-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin