Ançelotti Boliviyaya məğlubiyyəti şərh etdi

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ–2026-nın seçmə mərhələsinin son turunda Boliviya yığmasına məğlubiyyəti (0:1) şərh edib.

Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının oyuna yanaşmasını müsbət qiymətləndirib:

“Komandanın necə çalışdığını bəyəndim. Boliviyada oynamaq çox çətindir. Mən bütün futbolçulara şans vermək istəyirdim, çünki onlar məşqlərdə yaxşı işlədilər və Çili yığmasına qarşı da yaxşı oyun göstərmişdilər. Bu yolla onları mükafatlandırmaq istədim”.

Braziliya millisi seçmə mərhələni turnir cədvəlinin 5-ci pilləsində başa vuraraq, dünya çempionatına birbaşa vəsiqə qazanıb. Boliviya yığması isə 7-ci yeri tutaraq pley-off mərhələsinə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button