Həşimov bölgə klubundan vaxt istəyib – Yüksək maaşla müqavilə təklifi alıb
Birinci Liqada mövsümü 4-cü pillədə başa vuran “İmişli” yeni baş məşqçi ilə anlaşmaq üzrədir.
Komanda.az-ın əldə etdiyi məlumata görə, İmişli təmsilçisi hazırkı baş məşqçisi Əsgər Abdullayevin işindən elə də razı deyil. Buna görə də, klub rəhbərliyi onu “Qaradağ Lökbatan”ın çalışdırıcısı Azər Həşimovla əvəz etmək istəyir.
“İmişli” Həşimova 1+1 şərti ilə müqavilə və yüksək maaş təklif edib. Həşimov bölgə klubundan qərar vermək üçün iyunun 10-dək vaxt istəyib.
“Qaradağ Lökbatan” son mövsümü 1-ci Liqada 2-ci pillədə başa vurub və Premyer Liqaya yüksəlmək şansını əldən verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin