BOK-un prezidenti istefa verib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

İstefa BOK-un İcraiyyə Şurası tərəfindən qəbul edilib. Qərar iyunun 23-dən, Bax öz səlahiyyətlərini yeni prezidentə təhvil verdikdən sonra qüvvəyə minəcək.

71 yaşlı Bax 1991-ci ildən BOK-un üzvlüyünə seçilib.

Komitədə prezident seçkiləri martın 20-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button