BOK Fransa telekanalında işlədilən ifadələrə görə Azərbaycandan üzr istədi
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin etiraz məktubuna cavab verib.
Komanda.az xəbər verir ki, BOK Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin şərhi zamanı “France 2” telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib.
Məktubda qeyd edilib ki, bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsip və dəyərlərə ziddir. Buna görə də, bu məsələyə cavabdeh qurum və şəxslərlə əlaqə saxlanılıb və gələcəkdə belə hallara yol verilməməsi üçün BOK-un iş prinsipi və protokolları xatırladılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin