Bojoviç: “Çox qol vuran oyunçuların qiyməti çox bahadır”
“Nefçti”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 24-cü turunda “Turan Tovuz”a qarşı keçirəcəkləri matç barəsində danışıb.
Komanda.az xəbər verir ki, 55 yaşlı mütəxəssis çox sayda zədəli oyunçu olduğunu bildirib:
“Oyunçularımızın fiziki cəhətdən hazır olduğunu demək olmaz. Çox sayda zədəlimiz var. 28 gün ərzində 7 oyun keçirdik. Belə çıxır ki, hər 4 gündən bir oyunumuz olub. Belə müddətlər ərzində futbolçuların bərpa olması mümkün deyil. Hazırda demək olar bütün futbolçular sağlamdır. Lakin futbolçular zədədən qayıtdıqdan sonra fiziki cəhətdən hazır olmurlar. Zədədən əvvəlki oyun səviyyəsinə qayıtmaq vaxt alır. Ümid edirəm bir müddət sonra vəziyyət daha da yaxşı olacaq. Komandanın məhsuldarlığını qaldırmaq üzərində işləyirik. Çox qol vuran oyunçuların qiyməti çox bahadır. Əlimizdə olan futbolçuların ustalıq səviyyəsinə güvənirik.
Bizim üçün hər oyunda qalib gəlmək lazımdır. Deyə bilərəm ki, “Turan Tovuz” sadə komanda deyil. Ümumiyətlə, liqada olan klubların səviyyəsi bərabərdir. Hətta sonuncu pillədəki “Qəbələ”də yaxşı komandadır. Ona görə də, istənilən rəqiblə qarşılaşma bizim üçün çətindir”.
Monteneqrolu məşqçi “ağ-qaralar”ın Azərbaycan kubokundakı şanslarını dəyərləndirib:
“Bilirsiz, futbolda hər şey mümkündür. Xüsusən də kubokda. Çünki kuboklardakı matçlar fərqli xarakterə malikdir. Mən bizim qalib gələcəyimizə inanıram”.
“Turan Tovuz” – “Neftçi” qarşılaşması 24 fevral saat 15:00-da start götürəcək.
Akif Əhmədov
Bizi Facebook-da izləyin