Bojoviç – 62-ci əcnəbi baş məşqçi

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan çempionatlarında debüt edən 62-ci əcnəbi mütəxəssisdir.

Komanda.az xəbər verir ki, onadək 61 şəxs ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

Bojoviç Premyer Liqa tarixində 2-ci monteneqrolu mütəxəssisdir. “Bakı”nın “sükanı arxasında” olmuş Bojidar Bandoviç 2012/2013 mövsümündə komandaya 32 oyunda rəhbərlik edib.

Bojoviç “Neftçi”nin tarixində 7-ci əcnəbi baş məşqçidir. Onadək ukraynalı Anatoli Demyanenko, almaniyalı Hans-Yurgen Gede, çexiyalı Vlastimil Petrjela, italiyalı Roberto Bordin, rumıniyalılar Laurentsiu Regekampf və Adrian Mutu “ağ-qaralar”a rəhbərlik ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button