“Bohemians”a 1 qol bəs etdi, Rizvanov…
Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 6-cı turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Arziman Rizvanovun formasını geyindiyi “Bohemians” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Siqma” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Rizvanov bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Bohemians”ın U-21 komandası hazırda 12 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin