Boğazında ağrı hiss etdi, müğənniyə üz tutdu

“Bayern”in müdafiəçisi Dayot Upamekano maraqlı açıqlama verib.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, o, meydanda daha yüksək səslə qışqırmaq üçün opera müğənnisinə müraciət edib.

24 yaşlı futbolçu bildirib ki, buna səbəb tez-tez boğazında ağrıların hiss etməsi və səsinin xırıltılı olması olub.

Upamekano 2022/23 mövsümündə Bundesliqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 27 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button