Boatenq “Beşiktaş”dan ayrıldı

Türkiyənin “Beşiktaş” klubunun yarımmüdafiəçisi Kevin-Prins Boatenq İstanbul təmsilçisindən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən gün “qara qartallar”ın düşərgəsində son məşqə çıxan qanalı futbolçu baş məşqçi Sərgən Yalçın və komanda yoldaşları ilə vidalaşıb.

Qeyd edək ki, “Beşiktaş” Boatenqi qışda İtaliyanın “Fiorentina” klubundan 6 aylıq icarəyə götürmüşdü. 33 yaşlı futbolçu İstanbul təmsilçisində meydana çıxdığı 11 oyunda 3 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button